AZ

3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına alınıb

BAKI, 19 dekabr. TELEQRAF

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875 nəfər,təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir. Beləliklə, cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O qeyd edib ki, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib.

Seçilən
69
11
teleqraf.com

10Mənbələr