Bakı. Trend:
İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlikgöstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılmasıtələbi əslində cəmiyyətdən gəlir.
Trend xəbərverir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədriZahid Oruc parlamentin bugünkü plenar iclasında “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanıdeyib.
“Layihənin müzakirəyə çıxarıldığı son 10 gündə istər media,istərsə də geniş ictimai fikirdə ona açıq dəstək verəncəmiyyətimizin sağlam təbəqəsini görürük. Söz azadlığı vəbeynəlxalq reytinqlərdə yer davası aparanlar əxlaqi pozuculuqdanqazananlardır”, - deyə o vurğulayıb.
Komitə sədri bildirib ki, problem təkcə etik çərçivələrinpozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinəçevrilməsidir.
“Xüsusilə “Telegram” kanalları və “TikTok” platfromasındanəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanunivasitəçilik üçün geniş imkanlar yaranıb. Belə fəaliyyətlər fərdipozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsisenzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlikcinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlıelanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunugöstərir.
Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquqsistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiyaplatformalarını silaha çevirən qlobal gücdür. Avropada yaradılanterror mediası, mağara təfəkkürlü xainlər dəstəsi dövlət başçısı vəhakimiyyət institutları əleyhinə daim qeyri-əxlaqi yayımları,kontentləri və simulyasiyaları linç alətinə çeviriblər.
Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər,“əxlaqsızlıq azadlıqdır” hökmü ilə milli dəyərləri yox etməyəçalışanlardır”, - deyə o fikrini tamamlayıb.