“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova uşağın dünyaya gəlməsini ailə üçün əsl şadyanalıq və qeyri-adi hadisə kimi qiymətləndirib. O, bəzi ailələrin bu möhtəşəm anı adi hal kimi qəbul etməsini təəssüf doğuran hal adlandırıb.
QHT sədri həmçinin qeyd edib ki, işsiz olduqda dövlətin avtomatik yardım etməsini gözləmək düzgün deyil:
“Hər bir şəxsin məsuliyyəti iş tapmaq və sosial təminatlar üçün aidiyyəti dövlət qurumlarına müraciət etməkdir. Dövlətə vergi ödəyən vətəndaşlar sosial dəstək almağa layiqdir, amma bu, iş görmədən əldə olunacaq bir hüquq deyil. İnsanlarda məsuliyyət və aktiv yanaşmanın vacibliyini xüsusi vurğulamaq istərdim.”
QHT sədri konkret nümunə də gətirib:
“Rayonların birində bir nəfər yaxınlaşıb dedi ki, yoldaşım işləmirsə, bizə ünvanlı sosial yardım verilmir. Mən ona soruşdum, niyə almalısınız? Mən işləyirəm, dövlətə vergi verirəm, siz də almağa layiqsiz. İş tapmaq üçün dövlət qurumlarına, məşğulluq orqanlarına müraciət etməlisiniz. Günah özlərindədir ki, müraciət etməyiblər. Belə hallarda insanlar düşünür ki, mən işləmirsə, dövlət mənə baxmalıdır.”
Nailə İsmayılova insanların məsuliyyətli və aktiv olmasının vacibliyini bir daha vurğulayıb və ailələrin sosial dəstək imkanlarından düzgün istifadə etməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Pərvanə Fərhadqızı