Baku Bus-ın onlarla yeni avtobusu qarajda ÇÜRÜYÜR
Ajans.az xəbər verir ki, 2015-ci ildə alınmış "Iveco" markalı avtobuslar artıq iki ildən çoxdur ki, istifadəsiz vəziyyətdə saxlanılır. Bununla bağlı görüntülər sosial mediada yayılıb. Günün pik saatlarında avtobuslarda sıxlıq olur. Sakinlər yarım saat, hətta bəzən daha çox avtobus gözləyirlər, ancaq avtobuslar son 2 ildir ki istifadə olunmur.
Ekspertlər bildirirlər ki, yeni alınan müasir avtobuslar qısa zamanda yararsız hala düşüb. Onları ehtiyat hissələrlə təmin etmək çətin olur. Daha ətraflı ARB XƏBƏR-in süjetində: