“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xidmətlər Zərfinin əhatə dairəsi ildən-ilə genişlənib”.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
Vüqar Qurbanov əlavə etdi ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı əvvəlki illərlə müqayisədə 2 550-dən 3 315-ə qədər artırılıb:
“Bu, vətəndaşlara daha çox çeşiddə tibbi xidmət alma imkanı yaradıb və xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsini sığorta təminatına daxil etməklə, əhalinin real sağlamlıq göstəricilərinə müsbət təsir göstərib.
Nuriyyə NATİQQIZI