AZ

Motodəbilqə taxmadan moped idarə edənlər 40 manat cərimələnəcək

Bakı. Trend:

Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıqcihazlarından və səs siqnallarından istifadə qaydalarınınpozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, motodəbilqə taxmadan və ya onu düymələmədənmopedi idarə etməyə, yaxud motodəbilqəsi olmayan və ya onudüymələməyən sərnişinləri mopeddə daşımağa görə 40manat məbləğində cərimə ediləcək.

Həmçinin, velosipedi, asma mühərrikli velosipedi və oxşarxüsusiyyətli digər nəqliyyat vasitəsini (moped istisna olmaqla)idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasınagörə cərimələnəcək.

Belə ki:

  • svetoforun və ya nizamlayıcının işarələrinə riayətedilməməsinə;
  • sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olanyükün daşınmasına;
  • yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanmasıtələblərinin pozulmasına;
  • sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadəqaydalarını pozmaqla idarə edilməsinə;
  • nasaz nəqliyyat vasitəsindən istifadə etməyə;
  • piyadaların hərəkətinə maneə yaradılmasına;
  • keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yolverilməməsinə görə

40 manat məbləğində cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
80
1
az.trend.az

2Mənbələr