AZ

Gürcü spiker Kallası Qırmızı ordu ilə müqayisə edib

“Kaya Kallasın söylədikləri Gürcüstanın suverenliyinin sözlə ləğvidir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı ötəngünkü açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qırmızı ordunun süngülərlə etdiyini indi Kallas sözlərlə etməyə çalışır.

“Kallas gürcü xalqının kim olmasını özü seçir. Onun üçün gürcü xalqı özünün maliyyələşdirdiyi agenturadır və həmin xəyali gürcü xalqının adından bizim dövlətçiliyimizi ləğv etməyə çalışır”, - Papuaşvili əlavə edib.

Spiker qeyd edib ki, Kallas bundan öncə də reallıqdan uzaq bəyanatlar səsləndirib:

“Təəssüflər olsun ki, bu bir daha Aİ-nin xarici siyasətinin Avropanın üzləşdiyi çağırışlar fonunda yetkin olmadığını nümayiş etdirir”.

Qeyd edək ki, Kallas ötən gün Brüsseldə jurnalistlərə açıqlamasında bildirib ki, Aİ Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyir.

Seçilən
61
apa.az

1Mənbələr