AZ

Bu il 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub RƏSMİ

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Cari il ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib”. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə məlumat verib.Bundan əlavə o qeyd edib ki, Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib:“Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Qeyd olunan vətəndaşlar əməliyyatdan sonra da tərəfimizdən immunosupressiv dərman preparatları ilə mütəmadi təmin olunurlar”.Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
bizim.media

2Mənbələr