AZ

Pentaqon rəhbəri: ABŞ ordusuna çağırışda ciddi böhran yaranıb

Gənclərin fiziki və intellektual səviyyəsi hərbi xidmət üçün yetərli deyil...

Poliqon xəbər verir ki, ABŞniın müdafiə naziri Pit Heqset ölkədə orduya çağırış prosesində ciddi problemlərin yarandığını bildirib. Pentaqon rəhbərinin sözlərinə görə, Amerika gənclərinin əhəmiyyətli hissəsi ya kəskin piylənmədən əziyyət çəkir, ya da intellektual göstəricilərinə görə hərbi xidmətin tələblərinə cavab vermir.

Pentaqon rəhbəri qeyd edib ki, bu vəziyyət ABŞ Silahlı Qüvvələrinin komplektləşdirilməsi üçün strateji risklər yaradır. Hegsetin fikrincə, orduda xidmət etmək üçün namizədlər həm fiziki dözümlülük, həm də minimal intellektual hazırlıq səviyyəsinə malik olmalıdır, lakin mövcud statistikalar bu meyarlara cavab verən gənclərin sayının azaldığını göstərir.

Nazir vurğulayıb ki, problem təkcə tibbi yoxlamalardan keçə bilməməkdə deyil. Onun sözlərinə görə, təhsil sistemindəki boşluqlar, sağlam həyat tərzinin təşviq olunmaması və sosial vərdişlərin dəyişməsi nəticəsində gənclərin böyük hissəsi hərbi xidmətə psixoloji və fiziki baxımdan hazır deyil.

Pit Heqset əlavə edib ki, Pentaqon bu tendensiyanı dəyişmək üçün bir sıra islahatlar üzərində işləyir. Bu islahatlara məktəblərdə fiziki hazırlığın gücləndirilməsi, gənclər arasında hərbi xidmətin nüfuzunun artırılması və ilkin hazırlıq proqramlarının genişləndirilməsi daxildir. Onun sözlərinə görə, ABŞ-nin qlobal təhlükəsizlik öhdəliklərini yerinə yetirə bilməsi üçün güclü və hazırlıqlı orduya ehtiyacı var.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr