AZ

Millimizin futbolçusu Estoniya klubunda

Bu yay “Şamaxı”dan ayrılan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü “Trans Narva” ilə anlaşıb.

Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vingerlə 2027-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Vəliyev 2002-ci ildə Estoniyanın paytaxtı Tallində dünyaya gəlib. “Levadiya”nın yetirməsi “Kalev”, “Nomme Yunayted” klublarında da çıxış edib.

Seçilən
108
msport.az

1Mənbələr