Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.
AzVision.az xəbər verir ki, “Deutsche Welle (DW)” nəşrinin məlumatına görə, BMT-yə üzv olan 79 ölkə sənədin lehinə, 16 ölkə əleyhinə səs verib, daha 73 dövlət isə bitərəf qalıb. Sətnədin əleyhdarları arasında, o cümlədən, Rusiya, Belarus, Çin, İran, Şimali Koreya, Kuba, Nikaraqua, eləcə də bir sıra Afrika ölkələri yer alıblar. “Qətnamədə Rusiyanın Ukraynaya qarşı müharibəsi açıq şəkildə pislənilir, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü təsdiqlənir. Həmçinin Ukrayna ərazilərinin statusunun dəyişdirilməsi cəhdlərinin tanınmaması qeyd olunur. BMT Baş Assambleyası Rusiyadan təcavüzü dərhal dayandırmağı və bütün qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb edib”, - məlumatda bildirilir. Yenilənmiş qətnamədə ukraynalı hərbi əsirlərə və qanunsuz həbs edilmiş mülki şəxslərə qarşı işgəncə, qeyri-insani rəftar və digər kobud insan hüquqları pozuntularını açıq şəkildə pisləyən müddəalar da var. Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa qətnamənin BMT Baş Assambleyası tərəfindən qəbul edilməsini alqışlayıb. - Ukrayna 2016-cı ildən hər il bu qətnamənin qəbulu təşəbbüsü ilə çıxış edir. Sənəddə Rusiyanın təcavüzü qətiyyətlə pislənir, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqlənir, müharibənin dərhal dayandırılması və Rusiya qoşunlarının çıxarılması tələb olunur”, - BMT Baş Assambleyasının qətnaməsini alqışlayan Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində yazıb. Prinsipial dəstəyə görə 79 dövlətə təşəkkürünü bildirən Sibiqa bu sənədin ciddi insan hüquqları və humanitar qanun pozuntularının beynəlxalq monitorinqini gücləndirdiyini və hesabatlılığın zəruriliyini vurğuladığını deyib. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.