AZ

Bu məlumatların internetdə yayılması qadağan edilir

Bu məlumatların internetdə yayılması qadağan edilir

İnternet informasiya ehtiyatlarında ictimai mənəviyyatı təhqir edən məzmuna yol verilməməlidir

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclası zamanı müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni:

əxlaqsız ifadələrin səsləndirilməsinə,

belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə,

insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə

yol verməməlidir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Seçilən
17
30
afn.az

10Mənbələr