AZ

Kadırovun oğlundan çağırış: Bu ideologiyaya Rusiyada yer yoxdur

Ramzan Kadırovun oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov Rusiya daxilində nasizm və nifrət ideologiyası ilə mübarizə aparmaq zərurətindən danışıb.

Publika.az xəbər verir ki, onun bu təklifi "Chechenistan Today" qəzetində dərc olunub.

Adam Kadırov Moskva vilayətindəki Odintsovo yaxınlığındakı məktəbdə baş verən faciədən danışarkən bu fikri bildirib.

Kadırovun sözlərinə görə, illərdir informasiya məkanında Orta Asiya və Qafqazdan olan insanlara qarşı nifrət zəhəri səpilir və dözümsüzlüyü təbliğ etmək üçün yeniyetmələr şər alətinə çevrilir.

"Bu gün Rusiya xarici sərhədlərində nasizmlə üz-üzədir, amma biz eyni yad və cinayətkar ideologiyanın ölkə daxilində baş qaldırmasına imkan verməməliyik", - deyə o vurğulayıb.

Seçilən
75
publika.az

1Mənbələr