AZ

Kürdəmirdə DƏHŞƏT: Qatarın üzərindən keçmək istəyən məktəblini “tok” vurdu

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 9-cu sinif şagirdi, 2015-ci il təvəllüdlü rayon sakini Səfərli Sərvət Nazim oğlu dəmir yolunda dayanmış qatarın üzərindən keçmək istəyərkən onu yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğın baş verib.

Ağır bədən xəsarəti alan məktəblini ətrafındakı dostları kömək edərək kənara çəkə biliblər və məktəbli dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər vəziyyəti ağır olan məktəbliyə dərhal ilkin tibbi yardım göstəriblər. Fakt araşdırılır.Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
4
bizim.media

4Mənbələr