Bakı, 19 dekabr, AZƏRTAC
2025-ci ildə tibb sahəsində korrupsiya hüquqpozmaları 24,2 faiz azalıb. 1 yanvar-30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu korrupsiya hüquqpozmalarından 26-sı təsdiqini tapıb (7 faiz), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ilin anoloji dövrü üzrə isə 517 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub, bunlardan 23-ü təsdiqini tapıb (4 faiz), 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.