AZ

Siqaretin pərakəndə qiymətlərinin azı 75 %-i vergilərdən ibarət olmalıdır, Azərbaycan 60 %-ə çatmaq üzrədir – Komitə sədri

Bakı. Trend:

Dövlətimizin həyata keçirdiyi vergi siyasəti siqaretin bütünseqmentlərinin istifadəsinin məhdudlaşdırılmasına yönəldilib.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünküplenar iclasında "Tütün və tütün məmulatı haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşdamüzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, əksər dünya ölkələrində olduğu kimiAzərbaycan hökuməti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrininəzərə alaraq tütün və tütün məmulatları üzrə aksiz vergilərinintədricən artırılması siyasətini həyata keçirir:

“Belə ki, həmin tövsiyəyə görə siqaretin bütün seqmentlərininpərakəndə qiymətlərinin ən azı 75 faizi vergilərdən ibarətolmalıdır. Ölkəmizdə bu rəqəm hələ indi 60 faizə çatmaqüzrədir.

Ötən günlərdə 2026-cı ilin büdcə zərfi çərçivəsində VergiMəcəlləsində elektron siqaretlər istisna olmaqla, ənənəvisiqaretlər və alternativ tütün məmulatları üzrə aksiz vergilərininartırılmasını nəzərdə tutan dəyişikliklər etdik. Başqa sözlə, bufərqli seqmentlər üzrə aksiz vergiləri 20 faiz, 60 faiz, hətta500-600 faiz həddində artırılıb.

İndiki layihə isə elektron siqaretlərə münasibətdə aksizartımını deyil, daha radikal yanaşmanı, yəni onların tamamiləqadağan edilməsini nəzərdə tutur”.

Məqalədə:
Seçilən
116
az.trend.az

1Mənbələr