AZ

Yeni Klinikada robotik cərrahiyyə tətbiq olunacaq – hazırlıq mərhələsi başa çatır » AzadMedia.az


Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyə xidmətlərinin göstərilməsinə başlanılacaq. Azadmedia.az xəbər verir ki, “TƏBİB-in 2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planlara dair” brifinqdə bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, “Qlobal cərrahiyyə – 2030” layihəsi ölkə üzrə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Layihə çərçivəsində müasir cərrahiyyə üsullarının tətbiqi, eləcə də yerli tibb mütəxəssislərinin bilik və praktiki bacarıqlarının artırılması əsas prioritetlər sırasındadır.

Vüqar Qurbanov qeyd edib ki, sözügedən təşəbbüs səhiyyə sistemində dayanıqlı inkişafın təmin olunmasına, eyni zamanda insan resurslarının peşəkar səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.

İcraçı direktor əlavə edib ki, Yeni Klinikada robotik cərrahiyyənin tətbiqi ilə bağlı hazırlıq işləri artıq yekunlaşmaq üzrədir və yaxın vaxtlarda bu xidmətin istifadəyə verilməsi planlaşdırılır.
Seçilən
58
1
azadmedia.az

2Mənbələr