Yazını böyüt
Yazını kiçilt
“Qlobal cərrahiyyə - 2030” layihəsi ölkəmizdə, xüsusilə regionlarda cərrahi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir”.
Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib.
O qeyd edib ki, layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir:
“Eyni zamanda layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir. Yaxın günlərdə Yeni Klinikada robotik cərrahiyyəyə də başlanılacaq. Artıq hazırlıq prosesi tamamlanmaq üzrədir”.