AZ

Putin: Aİ nin Rusiya aktivlərini müsadirə etməsi oğurluq yox, soyğunçuluqdur

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının Rusiya aktivlərini mənimsəmək cəhdi oğurluq deyil, soyğunçuluqdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, oğurluq gizli olur, bu isə gizli deyil, Aİ-nin etdiyi soyğunçuluqdur.

Putin vurğulayıb ki, Rusiya aktivlərinin müsadirə edilməsi bir çox ölkənin Avrozonaya inamı sarsıdacaq.

Rusiya prezidenti əlavə edib ki, başqalarının pullarını talamaqla bağlı qərarlar qəbul etmək Aİ üçün asan deyil. Bu, sadəcə onun imicinə zərbə deyil; bu, Avrozonaya inamı sarsıdır.

O qeyd edib ki, bundan sonra digər ölkələr də qızıl və valyuta ehtiyatları üçün qorxmağa başlayacaqlar.

Rusiya prezidenti məhkəmələrdə maraqlarını müdafiə edəcəklərini, siyasi təsirdən asılı olmayan bir yurisdiksiya tapmağa çalışacaqlarını vurğulayıb: "Nə oğurlayıblarsa, bir gün onu geri qaytarmalı olacaqlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
4
apa.az

5Mənbələr