Ağdərə rayonunun Vəngli kəndində digər infrastruktur layihələri ilə yanaşı, qazla təminat sahəsində də işlər uğurla davam edir.
"Azəriqaz" İstehsalat Birliyinin iş icraçısı Ələddin Aşıralıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Vəngli kəndində nəzərdə tutulan 15 min paqonmetr qaz xəttindən artıq 12 min paqonometri çəkilib. 4 min paqonmetr daşıyıcı kəmər bərpa edilib. İndiyə qədər 130 evə qaz verilib, sayğaclaşdırılıb. İlin axırına qədər 26 ev təbii qazla təmin ediləcək. Hazırda bu evlərdə sayğaclar quraşdırılır. Müxtəlif diametrli borularla çəkilən qaz xətləri isə ümumilikdə 300 ev üçün nəzərdə tutulur.