AZ

Yaponiya nüvə silahı əldə etmək istəyir

ain.az bildirir, Ayna portalına istinadən.

"Mən inanıram ki, Yaponiyanın nüvə silahına sahib olması lazımdır"

Yaponiya Baş naziri Sanae Takaiçinin ofisində milli təhlükəsizlik məsələlərinə cavabdeh olan adı açıqlanmayan bir məmur nüvə silahı əldə etməyin zəruri olduğunu düşünür. AYNA.AZ xəbər verir ki, bu barədə “Kyodo” qəzeti məlumat yayıb.

"Mən inanıram ki, Yaponiyanın nüvə silahına sahib olması lazımdır", - deyə həmin məmur vurğulayıb.

O qeyd edib ki, belə bir hadisə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mənfi reaksiyaya səbəb ola biləcəyi üçün bunu qeyri-real hesab edir.

Ölkə üç qeyri-nüvə prinsipinə riayət edir: nüvə silahına sahib olmamaq, istehsal etməmək və idxal etməmək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
ayna.az

1Mənbələr