AZ

Papoyan: Bu, Azərbaycanla ilk ticari-iqtisadi əməliyyatdır

Hazırda 1300 ton Azərbaycan markalı A95 markalı benzini daşıyan 22 vaqon Ermənistan-Gürcüstan sərhədindən (Ayrum stansiyası) keçərək Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu ilə Ermənistana daxil olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan öz "Facebook" səhifəsində məlumat yayıb.

O yazıb: "Bu, təkcə iki ölkə arasında sülhün bərqərar olmasından sonra deyil, həm də müstəqillik əldə etdikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticari-iqtisadi əməliyyatdır".


Telegram kanalımız
Seçilən
116
yenisabah.az

1Mənbələr