Beyləqan rayonunda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
KONKRET.az xəbər verir ki, rayonun Tatalılar kənd sakini 4 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində qazılan təsərrüfat quyusuna düşərək həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.