FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb.
Publika.az xəbər verir ki, o, “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarılırdı.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbəsi İdarəsi koordinasiyalı şəkildə axtarılan şəxslərin tutulması üçün əməliyyat keçirib.
Araşdırmalar nəticəsində məlum olub ki, "Bank Asya" hesablarında artım müşahidə olunan və iddia edilən görüşlərdə iştirak etdiyi aşkarlanan FETÖ lideri Fətullah Gülənin qardaşı Salih Gülənin oğlu Yasir Gülən İstanbuldadır.