2-ci Liqa təmsilçisi "Şəmkir"in hakimləri təhqir edən rəsmiləri 4 oyunluq diskvalifikasiya olunublar.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.
13-cü turun "Quba" ilə oyunu bitdikdən sonra "Şəmkir"in meneceri Taleh Əliyev və digər rəsmisi Elçin Qurbanov hakimləri təhqir etdikləri üçün 4 oyunluq cəzalanıblar. Bununla yanaşı, hər iki şəxsin hərəkətinə görə klub 1000 manat cərimələnib.
Həmçinin "Şəmkir" 5 oyunçusunun sarı vərəqə almasına görə 70, azarkeşləri tərəfindən hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün 600 manat ziyana düşüb.
Şəmkir komandasının futbolçusu Fərid İslamzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun hərəkəti bölgə klubuna 50 manata başa gəlib.