AZ

AFFA İntizam Komitəsi “Sabah” “Qarabağ” oyunu ilə bağlı cəzaları açıqlayıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının birinci turundan təxirə salınmış “Sabah” - “Qarabağ” matçı ilə bağlı cəzaları açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 2500 manat cərimələnib.

“Qarabağ” isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün “Qarabağ” daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.

Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
11
icma.az

10Mənbələr