AZ

Ukrayna münaqişəsini maliyyələşdirən cani Bakıya gətirilib… – Avropa onu sevir

“Biz növbəti dəfə erməni lobbisinin təmsilçisinə çevrilən Avropa İttifaqının (Aİ) ölkəmizə qarşı qərəzli yanaşmasının şahidiyik. Çox təəssüf ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzə və ikili standartlara yol verməsi ənənə halını alıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin planer iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, qurumun məqsədi Azərbaycanla Ermənistan arasında sülhə mane olmaqdır:

“Görünür, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada artan nüfuzu onları ciddi narahat edir. Münaqişənin tənzimlənməsinə heç bir real töhfə verməyən Avropa İttifaqı bölgəmizə sülhün gəlməsinə mane olmaq yolu seçib.

Ermənistanda bu qədər həbslər həyata keçirilir. Əvvəlki hakimiyyətdə təmsil olunan bir çox siyasi xadimlərə qarşı həbslər, təqiblər başlayıb. Niyə Avropadan bunu pisləyən bir bəyanat görmürük?!”

Deputat qeyd edib ki, bu gün Ermənistanda din xadimlərinə də qarşı ciddi repressiya var:

“Nə qədər din xadimi həbs olunub. Niyə buna reaksiya yoxdur? Onlar siyasi baxışlarına görə təqib olunurlar. Lakin nə üçünsə Qərb strukturları bu haqda indiyədək dinləmələr keçirməyib, heç bir sənəd qəbul etməyib. Əvəzində Aİ və Avropa Parlamenti Azərbaycanda insan haqları ilə bağlı dinləmələr təşkil edir.

1 milyon azərbaycanlının evi, tarixi abidələrimiz Ermənistan tərəfindən dağıdıldıqda harada idilər? Niyə bir dəfə də olsun dağıdılan 67 məscidlə bağlı bəyanat qəbul etmədilər?!

Aİ-nin müharibə cinayətkarlarına sevgisi də bitmir. Təşkilat dəfələrlə Azərbaycana müharibə cinayətkarlarını azad etməyə çağırışlar edib. Halbuki onlardan biri – Bakıda istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri idi”.

Seçilən
39
4
editor.az

6Mənbələr