AZ

Ukrayna dronları ilk dəfə Rusiyanın Aralıq dənizindəki kölgə donanması na aid tankeri vurub

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
8
apa.az

9Mənbələr