AZ

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

İşğaldan azad olunmuş ərazilərdə 2024-2025-ci illərdə qaz təsərrüfatı üzrə 30 yaşayış məntəqəsində qazlaşdırma işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Q.Abdullayev bildirib ki, Qarabağ Regional Qaz İstismar İdarəsinin 11 xidmət sahəsi mövcuddur və bu sahələr üzrə işğaldan azad edilmiş rayonlarda hazırda 6800 abonent var. Bunlardan 1800 abonent Xankəndi xidmət sahəsinin payına düşür.

“Hazırda Azərbaycanda Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsinin ərazisində təmir-bərpa işləri aparılır. 2026-ci ilin planına əsasən region üzrə 88 məntəqənin qazlaşdırılması nəzərdə tutulub” – deyə o bildirib.

Seçilən
28
1
azerbaijan-news.az

2Mənbələr