Dünən İran kubokunda 1/16 final mərhələsinin son oyunu keçirilib.
“Traktor” evdə əzəli rəqiblərindən sayılan “Persepolis”lə qarşılaşıb. Torabi 56-cı dəqiqədə təbrizliləri irəli çıxarsa da, tehranlılar 90+5-ci dəqiqədə bərabərlik qolunu vurub. Belədə əlavə vaxta ehtiyac yaranıb. 5-ci uzatma dəqiqəsində hesabın bərabərləşməsi azmış kimi, 104-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalanan Naderi “Traktor”u azlıqda qoyub. Oyunun taleyi penalti seriyasında müəyyənləşib. Komandalar hərəyə 11 penalti vurub. Bu seriyadan 8:7 hesabıyla qalib ayrılan “Traktor” 1/8 finala vəsiqə qazanıb.
Təbrizlilərin bu mərhələdəki rəqibi Qəzvin təmsilçisi “Şəms Azər” olacaq. Həmin oyun yanvarın 12-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta