Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində qaz təsərrüfatında yenidənqurma işləri aparılır.
Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəsəbədə yerüstü xətlər yeraltı xətlərlə əvəz edilib. Ümumilikdə, 500 poqonometr polietilen qaz xətti çəkilib, 30 ev qazlaşdırılıb. Bütün evlər SMART tipli qaz sayğacları ilə təchiz olunub.