AZ

"Rusiyanın Paşinyanın qarşısına çıxardığı rəqibləri zəif və uğursuzdur" -Əli Orucov

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Rusiyanın tapşırığı ilə erməni kilsəsini ələ keçirməyə hazırlaşır. Bu haqda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan məlumat verib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın da eyni niyyətdə olduğunu nəzərə alsaq, tərəflər arasında dominantlıq mübahisəsi yaranır.
 
Bəs görəsən Rusiya faktoru bu prosesdə Paşinyanı üstələyə bilərmi?

Politoloq Əli Orucov Redaktor.az-a danışarkən bildirdi ki, Erməni Apastol kilsəsi tarixən xarici güclərin təsiri altında olub və onların sifarişlərini yerinə yetirib:

"Sovetlər dönəmində də Dövlət Təhlükəsizlik Xidməti ilə sıx əlaqədə olub. Erməni ruhanilərinin əksəriyyəti xarici, o cümlədən Rusiyanın xüsusi xidmət və əks kəşfiyyat orqanlarının agentləridirlər. Erməni kilsəsi quldur və terror yuvasıdır desək, yanılmarıq. Erməni terrorizmi, separatizmi də məhz buradan ilhamlanır. Erməni dövlətçiliyi olmadığından onları kilsə idarə edib. Ona görə də cəmiyyətdə üstün mövqe qazana bilib. Azərbaycan əraziləri hesabına Ermənistan dövləti yarananda indiyədək Qriqoryan kilsəsi dövlətin idarə edilməsində fəal rolu olub. Baş nazir Paşinyan da anlayır ki, kilsənin cəmiyyətdə və dövlət idarəçiliyində təsirini minimuma endirməsə, hakimiyyətdə qalması və normal idarəçiliyi mümkün olmayacaq. Qarşıda parlament seçkiləri gəlir".

Siyasi şərhçinin sözlərinə görə, bir çox vacib məsələlərin nizamlanmasına zərurət var.

"Buna isə kilsə ciddi maneədir, Paşinyanın hesablamaları da bunlara görədir. Qeyd etmək lazımdır ki, Paşinyan kilsəni xeyli dərəcədə zəiflədə bilib. Rusiyanın Paşinyanın qarşısına çıxardığı siyasi rəqibləri zəif və uğursuzdur. Onların cəmiyyətə dayaqları demək olar ki, yoxdur. Cinayətkar Robert Köçəryan Apastol kilsəsini öz tərəfinə çəkməklə boşluqları doldurmaq istəyir. Görünür, Moskva da buna razılığını verib. Çünki baş keşiş İkinci Qarigen Kremlin xəttindən kənara çıxa bilməz. Ancaq Paşinyan üstün mövqedədir", - deyə Əli Orucov qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr