AZ

“AirTag” artıq daha əlçatandır  

Xüsusilə tez-tez səyahət edənlər üçün faydalı olan “AirTag”lər pasport, çanta və digər vacib əşyaların yerini asanlıqla izləməyə imkan verir. O, IP67 sertifikatına malik olduğu üçün suya və toza davamlıdır. Dəyişdirilə bilən batareyaları isə təxminən 1 il işləyir.

“iPhone 11” və daha yeni modellərlə istifadə edildikdə  “AirTag”lər “Precision Finding” funksiyası sayəsində itmiş əşyanın dəqiq istiqamətini göstərir. Bundan əlavə, bir “AirTag”in yerləşdiyi mövqe 5 nəfərə qədər istifadəçi ilə paylaşa bilər.

“Apple” şirkəti, adətən, məhsullarının qiymətlərini ciddi nəzarətdə saxlayır, lakin hazırda 4 ədədlik “AirTag” dəsti “Amazon”da 65 dollara təklif olunur. Bu isə standart qiymətdən 33 faiz ucuzdur.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
91
azerbaijan-news.az

1Mənbələr