AZ

Qərb derbisində “Turan Tovuz” qələbə qazandı

Azərbaycan Premyer Liqasında 2025-ci ilin sonuncu – XVI turuna start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə səfərdə “Kəpəz”lə qarşılaşan “Turan Tovuz” 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar. “Turan Tovuz” hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Hesabında 9 xal olan “Kəpəz” 12 komandanın sıralamasında onuncudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.

Seçilən
57
7
msport.az

8Mənbələr