AZ

II Qareginin qardaşı Rusiya kəşfiyyatı ilə əlaqədə ittiham edilir

Hurriyyet.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti II Qareginin qardaşını Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqədə ittiham edir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, katolikos II Qareginin qardaşı Ezras sovet dövründə DTK - KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı - red.) tərəfindən işə götürülüb və ona "Karo" kod adı verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, hazırda xarici kəşfiyyat xidmətləri ilə əlaqə saxlayır. Açıqlamada Rusiya Federal Təhlükəsizlik Xidməti ilə mümkün əlaqələrə açıq şəkildə işarə edilib.

Hürr Tərcüman

 

Seçilən
76
1
hurriyyet.az

2Mənbələr