AZ

“Ey Vətən” adlı konsert proqramı keçiriləcək

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə 2025-ci il dekabrın 28-i saat 18:00-da Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ey Vətən” adlı konsert proqramı keçiriləcək.

QHT.az xəbər verir ki, konsert məxsusi olaraq, qeyri-hökumət təşkilatlarının təmsilçiləri üçün hazırlanıb və iştirak ödənişsizdir. Konsertdə görkəmli vokal ustası Əməkdar artist Ramil Qasımovun ifasında musiqi inciləri səsləndiriləcək, fortepianoda onu Xalq artisti, professor Siyavuş Kərimi müşayiət edəcək. Konsertə giriş siyahı ilədir, bunun üçün QHT təmsilçilərindən dekabrın 23-ü saat 23:59-a qədər bu link üzrə qeydiyyatdan keçmək tələb olunur:

https://forms.gle/vhVVDPaA5Yo7fKKZ9

Qeydiyyatdan keçmiş şəxslərlə əlaqə saxlanacaq.

Əlaqələndirici şəxs: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Sevinc Şıxıyeva - 0124931581

Seçilən
146
qht.az

1Mənbələr