Jurnalist Putinlə “Birbaşa xətt”də sevgilisinə evlilik təklifi etdi: Prezidenti toya çağırdı
Yekaterinburqdan olan müxbir canlı yayımda gözlənilməz addım atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Yekaterinburqdan olan jurnalist Rusiya Prezidenti Vladimir Putinlə keçirilən “Birbaşa xətt” zamanı qeyri-adi addımı ilə yadda qalıb.
O, efir imkanından istifadə edərək sevgilisinə evlilik təklifi edib. Jurnalist bununla kifayətlənməyərək, Rusiya liderini də gələcək toy mərasimində iştirak etməyə dəvət edib.
Xuraman Etibarlı
İnterpress.az