İran səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bunu İsveçin XİN rəhbəri Maria Malmer Steneqard AFP-yə açıqlamasında deyib.
O bildirib ki, Xarici İşlər Nazirliyi İranda casusluq ittihamı ilə həbs olunan İsveç vətəndaşına ölüm hökmü çıxarılması ilə bağlı məlumatlar alıb.
“Lakin, biz bu məlumatların doğruluğunu yoxlaya bilməmişik. Hal-hazırda buna nail olmağa çalışırıq. İki gün əvvəl İran səfirini çağırmışıq və ölüm hökmünü kəskin şəkildə qınamışıq” , - nazir bəyan edib.
Qeyd edək ki, bundan əvvəl İran mətbuatı iyun ayında baş vermiş İran-İsrail müharibəsində İsrail üçün casusluq etmiş İsveç vətəndaşının həbs edildiyini xəbər verib.
Sözügedən şəxsin adı açıqlanmayıb.