AZ

Tramp: “Venesuela ilə razılaşma olacaq”

Vətəninfo.az xəbər verir ki, Tramp NBC-yə verdiyi müsahibədə bildirib ki, “Venesuela ilə müharibə ehtimalını istisna etmirəm. Əgər onlar tanker göndərməyə davam edəcək qədər axmaqdırlarsa, limanlarımızdan birinə gedəcəklər”.

Lakin Tramp Venesuela gəmilərinə edilən zərbələrin münaqişəyə səbəb olub-olmadığını deməkdən imtina etdi. O, həmçinin Venesuela prezidenti Nikolas Maduronun devrilməsinin onun əsas məqsədi olub-olmadığını deməkdən də imtina etdi.

“O, mənim nə istədiyimi dəqiq bilir. Bunu hamıdan yaxşı bilir. Venesuela ilə razılaşma olacaq.”, – deyə ABŞ prezidenti bildirib.

Seçilən
83
veteninfo.az

1Mənbələr