AZ

Faciəvi şəkildə həlak oldu

“Maklsfild Taun”un gənc futbolçusu İtan Makleod matçdan qayıdarkən faciəvi şəkildə həlak olub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun hücumçusu 21 yaşında avtomobil qəzası nəticəsində ölüb. Klubu X sosial şəbəkəsinin məlumatına görə, İtan çərşənbə axşamı “Bedford Taun”la matçdan sonra evə qayıdarkən qəzaya düşüb və aldığı xəsarətlərdən dünyasını dəyişib.

Klub rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və onlara lazımi dəstəyi göstərəcəyini bildirib.

Seçilən
94
1
football-plus.az

2Mənbələr