AZ

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

Bakı, 19 dekabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Elşən Alı oğlu Məmmədov və Səyyad Eyvaz oğlu Məmmədov üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə E.Məmmədov üçün avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, S.Məmmədov üçün isə dönərxana üzrə kiçik təsərrüfatlar qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Kürdəmir rayonunda 1606 şəxs üçün kiçik təsərrüfat yaradılıb.

Seçilən
60
5
azertag.az

6Mənbələr