Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro ayırmaq qərarını mühüm qələbə adlandırıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini “RBK-Ukrayna” teleqram kanalı yayıb.
Zelenski bildirib ki, Avropa liderlərinin bu cür format tapması Ukrayna üçün ciddi güclənmə deməkdir:
“Avropa liderlərinin belə bir format tapması bizim üçün güclənmədir. Bu, Rusiyaya bir siqnaldır ki, müharibə aparmağın mənası yoxdur, çünki biz maliyyə baxımından dəstəklənirik”, - deyə Ukrayna lideri vurğulayıb.
Aytəkin TOFİQQIZI