AZ

Putin Rusiya vətəndaşlarına pul və əmlak məsələlərini telefonla müzakirə etməməyi məsləhət görüb

Moskva, 19 dekabr, AZƏRTAC

“Vladimir Putinlə ilin yekunları” proqramında Rusiya Prezidenti görülən tədbirlərə baxmayaraq, ölkədə fırıldaqçılığın ciddi problem olaraq qaldığını bildirib.

AZƏRTAC xəbər verir ki, o, fırıldaqçılara qarşı mübarizənin nəticə verdiyini qeyd edib. Lakin Rusiya Prezidenti problemin tamamilə aradan qalxmadığını vurğulayıb. “Fırıldaqçılıq heç yerə getməyib”, - deyə o bildirib.

Vladimir Putin, həmçinin vətəndaşlara cinayətkarların hiylələrinin qurbanı olmamaq üçün məsləhətlər verib: “Pul və ya əmlak haqqında danışmağa başlayan kimi dərhal dəstəyi asın. Bu barədə bir kəlmə belə danışmaq lazım deyil”.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
41
1
azertag.az

2Mənbələr