AZ

Putin Qafqaz adətini və Ramzan Kadırovu təriflədi VİDEO

ain.az, Bakupost saytına istinadən bildirir.

Xəbər verdiyimi kimi, Rusiya Prezidenti Vladimir Putin bu gün canlı yayımda ölkə vətəndaşlarından gələn sualları cavablandırıb.Bakupost.az “RIA Novosti”yə istinadən xəbər verir ki, Vladimir Putin həmin debatda Qafqazda mövcud olan bir ənənəyə toxunub. Putin söhbətində Şimali Qafqaz xalqlarının ailə dəyərlərini, o cümlədən qızların erkən yaşda ərə verilməsini müsbət kontekstdə dəyərləndirib. Onun sözlərinə görə, bu cür yanaşma ənənəvi cəmiyyətlərdə ailə institutunun qorunmasına xidmət edir.Putin çıxışlarında Qafqaz xalqlarının adət-ənənələrinin Rusiya üçün mənəvi dayaqlardan biri olduğunu vurğulayıb və Çeçenistan rəhbəri Ramzan Kadırovu xüsusi olaraq tərifləyib. Rusiya prezidenti Kadırovu ənənəvi dəyərlərin müdafiəçisi və federal mərkəzə sadiq lider dalandırıb.Qeyd edək ki, Ramzan Kadırov Çeçenistanda dəfələrlə erkən nikahları açıq şəkildə müdafiə edib, qadınların və qızların ailədaxili rollarının dini və milli normalarla tənzimlənməli olduğunu bildirib. Bu yanaşma Rusiya daxilində və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən dəfələrlə tənqid edilib.Ekspertlər Putinin bu tip açıqlamalarını Kremlinin regionlarda insan hüquqları məsələlərini ikinci plana keçirməsi və siyasi loyalıq müqabilində yerli liderlərin daxili siyasətinə müdaxilə etməməsi kimi qiymətləndirirlər.Cavid, BakuPost Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
www.bakupost.az

1Mənbələr