AZ

"Tramp marşrutu" Azərbaycanda ixracın artımına və iqtisadi inkişafa töhvə verəcək - "Fitch"

Bakı. Trend:

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (Trump Route –TRIPP) gerçəkləşdirilməsi uzunmüddətli perspektivdə Azərbaycanınixrac potensialının artımına və iqtisadi inkişafına töhfəverəcək.

Trend xəbər verirki, bu haqda “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatındadeyilir.

"Fitch" analitikləri hesabatda 2025-ci ilin avqustundaAzərbaycan və Ermənistanın mərhələli şəkildə tamdəyərli sülhsazişinə nail olmaq məqsədilə sülh razılaşmasının mətniniparafladıqlarını xatırladırlar. Sənəddə sülh nizamlanmasıçərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla avtomobilvə dəmir yolu əlaqəsinin yaradılması nəzərdə tutulur.

Agentliyin qiymətləndirməsinə görə, Naxçıvanla birbaşa quruəlaqəsinin yaradılması Azərbaycana Türkiyəyə birbaşa quru çıxışıtəmin edəcək ki, bu da zamanla ixrac imkanlarının genişlənməsinə vəiqtisadi artıma şərait yarada bilər.

“Oktyabr ayında Azərbaycan Ermənistana quru yolla yüklərintranzitinə icazə verilməsi barədə qərar qəbul edib və bu,gərginliyin azalmasına dair əlavə siqnal kimi qiymətləndirilir.Ermənistanla münasibətlərdə risklərin azalması müdafiə xərclərininixtisarına gətirib çıxara bilər ki, bu da öz növbəsindəortamüddətli perspektivdə büdcə təzyiqlərini azaldacaq”, – deyəhesabatda vurğulanır.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Məqalədə:
Seçilən
119
4
az.trend.az

5Mənbələr