AZ

Meyxanaçı Ağakərimin dəfn yeri məlum oldu KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meyxanaçı Kərim Novruzov doğulduğu kənddə – Bakının Maştağa qəsəbəsində dəfn ediləcək.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a danışan meyxanaçının yaxın dostu və həmkarı Ağamirzə Məmmədov deyib.

O, bildirib ki, dəfn mərasimi hələ baş tutmayıb:

“Hazırda Ağakərimin evindəyik, hələ ki, dəfn edilməyib. Təxminən, bir saat əvvəl vəfat edib. Hələlik meyxanaçı həmkarları burada deyil. Yaxın qohumları və qonşuları evdədir. Xəbər yayıldıqca meyxanaçılar da gələcəklər. Dəfn və yas mərasimi Maştağa kəndində olacaq”.

Qeyd edək ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
4
konkret.az

5Mənbələr