Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib.
Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası İqor Leksutov bu gün 82 yaşında vəfat edib.
O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb.
İqor Leksutov 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.
Tarix: 19 Dekabr 2025, 16:58