Prezident Vladimir Putin Ukraynada apardığı müharibə zamanı Rusiya xalqlarının birliyindən danışarkən, Tanrının varlığına şübhə etmədiyini bildirib.
KONKRET.az xəbər verir ki, Putin bu haqda “ilin yekunları” teleproqramında bildirib.
“Əgər Tanrı mövcuddursa – mənim buna şübhəm yoxdur – deməli, O, Yer üzündəki insanların müxtəlif kilsələrə bölündüyünü bilmir. Biz ortaq dəyərləri bölüşürük; ən vacibi budur, bizi birləşdirən budur”, – deyə prezident mətbuat konfransında canlı sual-cavab sessiyasında bildirib. (modern.az)