AZ

Alleqri oyun vaxtı onu təhqir etdi

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Superkubokunun yarımfinalında "Napoli"yə 0:2 hesabı ilə məğlub olduqları oyunda rəqib komandanın meneceri Qabriele Orialini təhqir edib.

Publika.az xəbər verir ki, hadisə Adrien Rabionun Matteo Politanoya qarşı kobudluğundan sonra komandaların ehtiyat oyunçuları arasında yaşanan toqquşma zamanı baş verib. "Napoli"nin ehtiyat oyunçuları meydana qaçaraq "Milan"ın yarımmüdafiəçisinə qırmızı vərəqə göstərilməsini tələb ediblər.

"Sportmediaset"in məlumatına görə, yaranmış gərginlik zamanı Alleqri Orialini “axmaq” adlandırıb. Bundan sonra "Milan"ın nümayəndələri müdaxilə edərək baş məşqçini sakitləşdirib və texniki zonaya qaytarıblar.

"Napoli" klubu məsələ ilə bağlı rəsmi açıqlama yayaraq Alleqrinin davranışını qəti şəkildə pisləyib. Açıqlamada bildirilib ki, İtaliya Superkubokunun yarımfinalı zamanı onlarla insanın gözü qarşısında və televiziya vasitəsilə canlı yayımda Qabriele Orialinin dəfələrlə kobud şəkildə təhqir edilməsi yolverilməzdir.

Seçilən
95
publika.az

1Mənbələr