AZ

Meyxanaçı Rəşad Dağlı, müğənni Rəqsanə İsmayılova, Nikosayağı .... Məşhurlardan kimlər amnistiyaya düşə bilər?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hazırda cəzaçəkmə müəssisələrində ona verilmiş cəzanı çəkən və yaxud da istintaq altında olan çoxsaylı məşhurlar var – meyxanaçı Rəşad Dağlıdan (Əmirov) tutmuş, müğənni Rəqsanə İsmayılovaya qədər.

Son günlər ölkədə əsas müzakirə mövzularından biri yaxın günlərdə veriləcək amnistiyadır. Məlum olduğu kimi, Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Amnistiya Aktının layihəsi bir neçə gün əvvəl Milli Məclisə təqdim olunub. Yaxın vaxtlarda parlamentdə lahyihənin təsdiqlənəyi və Amnistiya Aktının icrasına başlanacağı gözlənilir.

Cinayət məsuliyyətinə cəlb olunmuş məşhurların bu amnistiyanın təsiri altına düşüb-düşmədiyi son günlər səslənən suallardandır.

Bizimyol.info xəbər portalının bu barədə sualını cavablandıran vəkil Zibeydə Sadıqova bildirib ki, bəzən insanlar əfv sərəncamı ilə amnistiyanı eyniləşdirirlər. Lakin onların arasında ciddi fərq var. Vəkil fərqlərin nədən ibarət olduğunu izah edib.

Zibeydə Sadıqova

Əfv sərəncamı artıq barəsində qüvvəyə minmiş məhkəmə hökmü olan şəxslərə aiddir. Amnistiya isə artıq barəsində hökm çıxmış məhkumlarla yanaşı, hələ istintaq altında olan, məhkəməsi gedən şəxslərə də şamil olunur.

“Hansı cinayəti törətməsindən və cəzasından asılı olmayaraq, istənilən şəxs əfv oluna bilər. Əfv sərəncamı, orada kimlərin adının olması prezidentin müstəsna səlahiyyətində olan məsələdir. İndiyədək imzalanmış əfv sərəncamlarında ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilən, hətta ömürlük azadlıqdan məhrum edilən insanların da adları olub. Amnistiyada isə vəziyyət başqadır. Hansı maddələrin amnistiyaya düşdüyü orada konkret göstərilir. Bir qayda olaraq, amnistiya böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərlə bağlı maddələrə şamil olunur. Yəni sanksiyasında cəzanın yuxarı həddi 7 ildən çox olmayan maddələrə...”, - vəkil Zibeydə Sadıqova bildirib.

Məşhurlarla bağlı məsələyə gəlincə, vəkil deyib ki, meyxanaçı Rəşad Dağlı ağır cinayət sayılan qəsdən adam öldürməkdə ittiham edilərək məhkum olunub. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsində cəza 9 ildən başlayır. Bu maddə isə amnistiyaya düşmür.

Müğənni Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənninin ittiham olunduğu maddənin sanksiyasında 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Bu isə o deməkdir ki, amnistiya Rəqsanəyə də şamil oluna bilməz.

“Nikosayağı” adı ilə tanınan, dostunun ölümünə səbəb olan avtoqəzaya görə məhkum edilən bloger Nicat Şakirli isə Amnistiya Aktı sayəsində cəzasından azad edilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Şakirliyə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il cəza verilib.

Ehtiyatsızlıqdan törədilən cinayətlərə görə 5 ilə qədər cəzası olan şəxslərin amnistiyaya düşməsi layihədə nəzərdə tutulub.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
84
bizimyol.info

1Mənbələr